Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.10.2025 17:30

"Fərhadın heykəli" gələn il ucaldılacaq

Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir.Bu barədə  Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyindən bildirilib. Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan layihə Ağdamın simvollarından birini əbədiləşdirəcək. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur.