Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.10.2025 13:44

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirilib

Azərbaycan  hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya Ərəb Respublikasından 2 qadın və 4 uşaq  olmaqla 6 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.  geri qayıdanların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilən Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.