Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.10.2025 15:41

Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq. Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, 2026 yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.