Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.10.2025 10:07
Ağsuda saxta alkoqollu içkilər satışdan çıxarıldı
Ağsu rayonunda saxtalaşdırma əlaməti olan 247 ədəd alkoqollu içki satışdan çıxarılıb. AQTA-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşları marketlərdən birində və şəhərdəki anbarda plandankənar yoxlama aparıblar. Nəticədə şübhəli məhsullar müsadirə edilərək saxlanca verilib, nümunələr laborator müayinəyə göndərilib. Faktla bağlı araşdırma davam edir.
- Baxış: 50
