Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.10.2025 11:48

81 milyonluq dələduzluq: mütəşəkkil dəstə ifşa olunub

Baş Prokurorluq ölkə iqtisadiyyatına 81,5 milyon manatdan çox zərər vuran mütəşəkkil dəstəni ifşa edib. İstintaqla müəyyən edilib ki, dəstə 300-dən çox şəxsi aldadaraq onların adına 800-ə yaxın şirkət rəsmiləşdirib, saxta maliyyə əməliyyatları aparıb və 8 milyon manatdan artıq ƏDV vəsaitini talayıb. Cinayət işi üzrə 30 nəfər məsuliyyətə cəlb edilib, onlardan 10-u barəsində həbs qətimkan tədbiri seçilib.