Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.10.2025 17:41
Prezident bir sıra diplomatik təyinatlarla bağlı sərəncamlar imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə ölkədəki diplomatik nümayəndəlik rəhbərlərinin geri çağırılması və yeni təyinatlarla bağlı sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Afiq Talıbov Azərbaycanın Meksika, Honduras, Kolumbiya, Kosta Rika, Qvatemala, Panama və Perudakı səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Seymur Fətəliyev təyin edilib. Bundan başqa, Əliyənnağı Hüseynov Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsindən geri çağırılıb, həmin vəzifəyə Taleh Zöhrabov təyin olunub. Eldar Səlimov İordaniyadakı səfir vəzifəsindən geri çağırılaraq Azərbaycanın İraqdakı səfiri təyin edilib. Həmçinin, Gürsel İsmayılzadə Yaponiyadakı səfir vəzifəsindən geri çağırılıb, Fərid Talıbov bu posta təyin olunub.
- Baxış: 42
