Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.10.2025 11:41
BDYPİ skuter istifadəçilərinə müraciət edib
Skuterlərin sayının artması müsbət hal kimi qiymətləndirilsə də, yol hərəkəti qaydalarına əməl edilməməsi ciddi narahatlıq doğurur. Baş Dövlət Yol Polisi İdarəsi skuterdən istifadə edənlərə təhlükəsizlik qaydalarına riayət etməyi xatırladıb. Qurum bildirir ki, bir skuterdə iki nəfərin hərəkəti, piyada səkilərində sürətli sürmə, işıqfor qaydalarının pozulması və xəbərdaredici işıqsız gecə hərəkəti qəzalara səbəb ola bilər. Polis vətəndaşlara skuterlərin də nəqliyyat vasitəsi sayıldığını xatırladaraq, bütün sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.
- Baxış: 54
