Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.10.2025 13:43

Ağdaşda ilk dəfə Heyva Festivalı keçirilib

Ağdaşda ilk dəfə Heyva Festivalı təşkil olunub. Festivalda yerli heyva məhsulları, kulinariya nümunələri, dulusçuluq, keramika, xalçaçılıq, dekorativ toxuculuq, eko-art və ebru sənəti nümayiş etdirilib. Həmçinin körpələr evi-uşaq bağçalarında tərbiyə alan azyaşlıların ifasında bədi kompozisiya təqdim olunub. Tədbirdə robot texnikası, STEAM layihələri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sərgiləri, floristika, rəsm və plener guşələri, eləcə də idmançı və kəndirbazların çıxışları, sahibkarlıq subyektlərinin məhsulları iştirakçılar tərəfindən maraqla qarşılanıb.