Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.10.2025 13:44
Azərbaycanda dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası hazırlanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub. “Qarabağ” qrupuna aid və “Xətai” xalçasının elementlərini daşıyan bu sənət əsəri İsmayıllı və Şabran emalatxanalarında 150 xalçaçı xanım tərəfindən toxunur. Leyla Əliyeva xalça ilə tanışlıq zamanı toxucularla görüşüb və xalçaya ilmə atıb. Layihə Heydər Əliyev Fondu, PAŞA Holdinq, PMD Projects və Azərxalça əməkdaşlığı ilə həyata keçirilir.
- Baxış: 63
