Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.10.2025 15:40

Xocalının kəndlərinə növbəti köç prosesi həyata keçirilib

Bu mərhələdə 30 ailədən ibarət 123 nəfər doğma yurdlarına qayıdıb. Onlardan 72 nəfər (17 ailə) Təzəbinə, 51 nəfər (13 ailə) isə Ballıca kəndinə köçürülüb.Sakinlərə mənzillərin açarlarını Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov təqdim edib. Bildirilib ki, bərpa-quruculuq işləri nəticəsində kəndlərdə müasir standartlara uyğun evlər, məktəb, sosial obyektlər və infrastruktur istifadəyə verilib. Ümumilikdə Təzəbinə kəndinə 113 ailədən 501 nəfər, Ballıcaya isə 228 ailədən 1016 nəfər köçürülüb. Köç prosesi mərhələli şəkildə davam etdiriləcək.