Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.10.2025 11:54

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Qusarda Polisin keçirdiyi əməliyyatla "Volksvagen" markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştirakçısı Rəfael Fərmanov saxlanılıb. Onun yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu bildirilir. Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu da məlum olub. Şəxs barəsində protokol tərtib olunub.