Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.10.2025 16:34

Azərbaycanın müdafiə naziri Qazaxıstanda səfərdədir

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qazaxıstanda MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib. Zakir Həsənov Almatıda qazaxıstanlı həmkarı Dauren Kosanovla görüşündə ikitərəfli hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib. Müdafiə Nazirliyi məlumat verir ki, tərəflər, həmçinin hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər. Görüşdə Azərbaycan və Qazaxıstan arasında münasibətlərin dostluq və qardaşlıq bağlarına əsaslandığı qeyd olunub. İclasın sonunda yekun sənədlərin imzalanması mərasimi keçirilib.