Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2025 16:42
Hazırda Ağdərənin 7, Xocalının isə 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır
Xnkəndinin Kərcicahan qəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11 kəndində əhalinin köçürülməsi istiqamətində işlər aparılır. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində əhalinin köçürülməsi istiqamətində işlər aparılır. Hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb. Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır.
- Baxış: 74
