Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2025 18:26
Ceyhun Bayramov: Hər il 100 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Səmərqənddə keçirilən Baş Konfransında çıxış edib. Nazir bildirib ki, Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində hər il İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrdən 100 tələbə, ümumilikdə isə 500 nəfər Azərbaycanda təhsil alacaq. Ceyhun Bayramov bu təşəbbüsün dayanıqlı inkişaf və beynəlxalq təhsil əməkdaşlığına mühüm töhfə verdiyini vurğulayıb.
- Baxış: 77
