Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2025 18:29
Qafqazda ilk dəfə Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib
Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürək transplantasiyası həyata keçirilib. Bu barədə Səhiyyə Nazirliyi və Mərkəzi Klinika birgə məlumat yayıb. Beyin ölümü diaqnozu qoyulan pasiyentlə bağlı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən dərhal orqan donorluğu prosesi təşkil olunub. Beyin ölümü təsdiqləndikdən sonra mərhumun ailəsi humanist addım ataraq orqanların bağışlanmasına razılıq verib. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə uğurla köçürülüb.
- Baxış: 80
