Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.11.2025 14:00
Bakıda ardıcıl oğurluq və avtomobil qaçırma faktları üzrə üç şəxs saxlanılıb
Nərimanov rayonunda mağazaların birindən 30000 manat dəyərində dam örtükləri oğurlanıb. Polis əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədovu müəyyən olunaraq saxlayıb.
Oktyabrın 28-də Bakının Ramana qəsəbəsində “Mercedes” markalı avtomobil qaçırılıb. Polisin keçirdiyi əməliyatla şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.
Sabunçuda isə bir nəfərə məxsus 2300 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 72
