Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.11.2025 17:52

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olunub

DSX-nin Sahil Mühafizəsinin Astara şöbəsinə Xəzərin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.Keçirilmiş axtarış-xilasetmə ilə dənizdə köməksiz vəziyyətdə qalmış  Astara sakinləri – 1980-ci il təvəllüdlü Ruhid Ağabalayev, 1985-ci il təvəllüdlü Namik Həsənov və 1974-cü il təvəllüdlü Arif Həsənov  sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.