Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 10:22
AQTA: İstehlaka yararsız məhsullar xüsusi poliqonda məhv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkarlanması barədə daxil olan məlumat əsasında, həmin məhsulu ölkəyə idxal edən firmada müvafiq yoxlama aparılıb. Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkarlanıb və həmin məhsulların məhv edilməsi barədə qərar qəbul olunub. Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi və tullantıların zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib.
- Baxış: 84
