Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.11.2025 11:51

Bəzi ərazilərə yağış, Kəlbəcər, Laçın, Qubadlıya qar yağır

Ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərinə isə qar yağır. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Daşkəsən, Ağdam,  Qax,  Şəki, Şamaxı, Xaltan, Göyçayda  duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.