Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.11.2025 11:56

Bayram günlərində səfərə çıxan sürücülərin nəzərinə!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar vətəndaşlara müraciət edib. 8–11 noyabr tarixlərində ölkə üzrə nəqliyyat axınının artacağı və yollarda təhlükəsizliyin təmin edilməsinin hər bir sürücünün məsuliyyətindən asılı olduğu vurğulanıb. Sürücülərə nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaq, səfər marşrutlarını əvvəlcədən planlaşdırmaq, uzun məsafələrə çıxmazdan əvvəl istirahət etmək, sürət həddinə riayət etmək və riskli manevrlərdən çəkinmək tövsiyə edilib. Qurum həmçinin piyadalara yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməyi və axşam saatlarında işıq əks etdirici geyimlərə üstünlük verməyi xatırladıb.