Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.11.2025 15:53

İslamiadanın açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib. Bu gün keçiriləcək açılış mərasimində üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə Avropa çempionatında üç qızıl, Dünya Kubokunda üç gümüş, dünya çempionatında isə bir gümüş medalçımız Dadaş Dadaşbəyli və voleybolçu, Azərbaycan çempionu Nilufər Ağazadə aparacaqlar.