Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.11.2025 15:56

Sahibə Qafarova: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edib

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük maneələrə baxmayaraq, ən uğurlu COP-lardan birinə ev sahibliyi edib. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən COP30 Liderlər Sammitində çıxışı zamanı bildirib. O qeyd edib ki, COP29-da tərəflər arasında fikir ayrılıqları aradan qaldırılıb və bir sıra məsələlər üzrə tarixi razılıq əldə olunub. S.Qafarova vurğulayıb ki, bu, Azərbaycanın çoxtərəfli əməkdaşlıq və qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində qazandığı böyük uğurun göstəricisidir.