Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.11.2025 13:50
9 ildir itkin kimi axtarılan qadının qətlə yetirildiyi məlum olub
Cəlilabadda 2016-cı ildə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi məlum olubb. Cinayətin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub. O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar davam etdirilir.
- Baxış: 93
