Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.11.2025 17:38

Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadanlar ifşa ediliblər

Sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluq edən 4 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Əvvəllər də məhkum olunmuş Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov müxtəlif saxta elanlar və təqdimatlar vasitəsilə vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçiriblər. Onlardan Ş.Rəcəbov xaricdən şirkətlərlə əlaqə yaradaraq domen və onlayn xidmətləri dayandırmaqla hədələyib və pul tələb edib. Faktlarla bağlı cinayət işi açılıb.