Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.12.2025 11:42
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir
Azərbaycan xəritəçilik, geodeziya sahələri üzrə əməkdaşlığın genişlənməsinə önəm verir. Bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında deyib. Bildirib ki, TDT çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq sürətlə genişlənir. Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan isə deyib ki, artıq türkdilli ölkələr öz xəritələrini formalaşdırmağa başlayıblar. O bildirib ki, gələcəkdə hərbi xəritələrin hazırlanması ilə bağlı müzakirələr daha da genişləndiriləcək. Qeyd edək ki, toplantının yekunu olaraq bəyannamə qəbul ediləcək.
- Baxış: 15
