Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.12.2025 15:42
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının irəliyə aparılması imkanları müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti (Stephen Doughty) ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiyalar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin regional proseslər və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının irəliyə aparılması imkanları barədə də fikir mübadiləsi aparılıb.
- Baxış: 57
