Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.12.2025 15:31

Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri İrakli Beraya Azərbaycan səfiri Faiq Quliyevlə işçi görüş keçirib. Görüşdə iki ölkə arasında yük dövriyyəsinin artması, regional layihələr və tərəfdaşlıq məsələləri müzakirə olunub. Tərəflər gömrük prosedurlarının sadələşdirilməsi və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməkdaşlığın gücləndirilməsinə diqqət çəkiblər. Həmçinin “İpək Yolu” birgə sərhəd-keçid məntəqəsinin tikintisinin regionun tranzit potensialına töhfə verəcəyi bildirilib.