Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.12.2025 15:32

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının müharibə cinayətləri ilə bağlı məhkəmə prosesi davam edir. Təqsirləndirilən Arayik Harutyunyan son sözündə bəzi müharibə cinayətləri, o cümlədən Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri barədə məhkəmə zamanı məlumat aldığını bildirib. O, bu əməllərin hərbi cinayətlər olduğunu və günahkarların cəzalanmalı olduqlarını deyib. Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər üzrə məhkəmə araşdırması davam etdirilir.