Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.12.2025 11:55
2026-cı ildən mənşə sertifikatları yalnız “E-keyfiyyet” sistemi üzərindən veriləcək
Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ixracatçıları xəbərdar edib. 2026-cı il yanvarın 1-dən mənşə sertifikatlarına dair müraciətlər yalnız Keyfiyyət informasiya sistemi E-keyfiyyet.gov.az üzərindən qəbul olunacaq. Sahibkarlar üçün “Mənşə sertifikatı” moduluna dair videotəlimatlar Agentliyin rəsmi YouTube kanalında və E-keyfiyyet.gov.az portalında yerləşdirilib. Hazırda müraciətlər hibrid formada həm elektron sistem, həm də İqtisadiyyat Nazirliyinin saytında mümkündür.
- Baxış: 73
