Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.12.2025 17:55
İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Müəssisədə illik 7 min 200 ton metal elektrik dirəkləri istehsal olunacaq, məhsullar daxili bazarı təmin etməklə yanaşı ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan zavodda 32 daimi iş yeri yaradılıb. Sənaye Parkında sahibkarlığın inkişafı, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və əhalinin məşğulluğunun artırılması məqsədilə dövlət tərəfindən əlverişli investisiya mühiti təmin edilib.
- Baxış: 31
