Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.12.2025 13:54

Xankəndidə “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Dekabrın 27-dən etibarən işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq “Kənddən Şəhərə” Yeni il yarmarkası Xankəndi şəhərində təşkil olunacaq. Xankəndi sakinlərinin xidmətinə təqdim edilən yarmarka dekabrın 29-dək fəaliyyət göstərəcək.Yeni il yarmarkasının ilk dəfə işğaldan azad edilmiş ərazilərdə keçirilməsi isə burada sosial-iqtisadi fəallığın artırılması, yerli sahibkarlığın və fermer fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.