Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.12.2025 15:45
Azərbaycanda silah alveri edən cinayətkar dəstənin üzvləri həbs edilib
Bərdə və Ağdam rayonları ərazilərində bir qrup şəxsin qabaqcadan əlbir olaraq qrup şəklində birləşərək dekabr ayı ərazində qanunsuz olaraq odlu silah və onun kompleks hissələrinin satışını həyata keçirməsi ilə əlaqədar olaraq polis tərəfindən xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı Ağasif Abdullayev, tanışı 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini 29 yaşlı Vüsalə Həsənova saxlanılıb. Onlardan ümumilikdə 2 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd "Makarov" tapançası, 6 ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb. Qrupun digər üzvü C.Quliyev də Zəngilan rayonu ərazisində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb. Həbs qətimkan tədbiri seçilib.
- Baxış: 51
