Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.12.2025 11:48
Dələduzluq ittihamı ilə işi məhkəmədə olan şəxs eyni əməli yenidən törədib
Bir müddət əvvəl işə düzəltmək adı ilə iki nəfərə 20 min manata yaxın maddi ziyan vurduğuna görə dələduzluq ittihamı ilə işi məhkəmədə olan 38 yaşlı Nazim Həsənzadə yenidən müxtəlif şəxslərin etibarından sui istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinərək saxlanılıb. O, özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirib. Nazimin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
- Baxış: 94
