Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.12.2025 11:49
Xankəndidə yarmarka təşkil olunacaq
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-dən Xankəndi şəhərində iki yarmarka fəaliyyətə başlayacaq. Zəfər meydanında təşkil olunan “Qış nağılı” yarmarkası yanvarın 5-dək davam edəcək. Həmin gün eyni zamanda “Kənddən şəhərə” Yeni il yarmarkası da keçiriləcək və fermerlər öz təbii məhsullarını satışa çıxaracaqlar. Dekabrın 29-da Xankəndidə bayram proqramı, dekabrın 31-də isə atəşfəşanlıq təşkil olunacaq.
- Baxış: 92
