Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.12.2025 15:34
Azərbaycanda üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb
AFFA İntizam Komitəsinin qərarı ilə üç şəxs müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.AFFA Region Liqasında iştirak edən Naxçıvan Futbol Klubunun baş məşqçisi Hüseynzadə İsmayıl və Çinar-Zəngilan Futbol Klubunun İdman direktoru Dünyamalıyev Anar lisenziyaların alınması üçün təqdim olunmuş sənədləri saxtalaşdırıldıqları üçün onun 3 il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.Baku TFK-nın İcraçı direktoru Rövşən Mustafayevin isə lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub
- Baxış: 91
