Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.12.2025 11:45
Gəncədə avtoxuliqanlıq edən sürücü həbs edilib
Gəncə Polisin keçirdiyi əməliyyatla “Changan” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb. Araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib. O, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub. Gəncədə əhalinin haqlı narazılığına səbəb olan səs siqnallarına qarşı polisin keçirdiyi digər əməliyyatla avtomobillərinə qanunsuz olaraq səs siqnalları quraşdıran bir neçə sürücü də müəyyən edilib. Həmin şəxslər barəsində də hüquqi tədbirlər görülüb.
- Baxış: 53
