Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.01.2026 11:50

Gürcüstanda Azərbaycana göndərməli olduğu külli miqdarda pulu mənimsəyən şəxs saxlanılıb

Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsində külli miqdarda pulu mənimsəməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Ş.F. adlı şəxs saxlanılıb. İstintaq zamanı müəyyən edilib ki, 1981-ci il təvəllüdlü N.Q. adlı şəxs təqsirləndirilən şəxsə Azərbaycanda yaşayan dostuna köçürmək üçün 10 min ABŞ dolları məbləğində pul köçürməsi edib, Ş.F. isə həmin pulu qanunsuz olaraq mənimsəyib. Faktla bağlı istintaq davam etdirilir.