Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.01.2026 11:45
"Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub. Komanda yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək. Növbəti görüşünü yanvarın 17-də Polşa təmsilçisi "Poqon"a qarşı keçirəcək. Komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.
- Baxış: 90
