Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.01.2026 17:30

Yanvarın 17-dən hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək hava şəraitinin yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. Onun sözlərinə görə, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcək. Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.