Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.01.2026 12:17

”Erkən müayinə can qurtarır!” aksiyası yekunlaşıb

”Erkən müayinə can qurtarır!” aksiyasının 3-cü mərhələsi yekunlaşıb. Ötən ilin mart ayında Göyçay rayonunda start götürən aksiya bir il ərzində 30 rayonda 18 minə yaxın insan müayinə olunub, 3 653 nəfərdə ilkin şəkər aşkar edilib və onlara qlükometr verilib. Daha ciddi sağlamlıq problemi olan 158 nəfər müvafiq həkimlərə yönləndirilib.