Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.01.2026 11:51

Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib

Bakının  Buzovna qəsəbəsində Şəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vuraraq öldürüb.
BDYPİ-nin məlumatına görə, bu cür hadisələrin əksəriyyəti qaranlıq vaxtda və yaşayış məntəqələrində baş verir. Əsas səbəb piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsidir. BDYPİ piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb və təhlükəsizliyin hər kəsin şəxsi məsuliyyəti olduğunu bildirir.