Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.01.2026 17:30

TƏBİB: Azərbaycanda qrip virusunun yayılmasında artım müşahidə olunur

Azərbaycanda hazırda qrip virusunun yayılmasında artım müşahidə olunur. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, qrip virusu ştammı daim dəyişir: "Qripdən ən gözəl müdafiə üsulu peyvənd olunmaqdır. Hazırda TƏBİB tabeli tibb müəssisələrində qriplə əlaqəli müraciətlər çoxdur. Bu günə qədər qrip səbəbindən səhhəti ağırlaşan pasiyent olmayıb"- deyə, qurum rəsmisi bildirib.