Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.01.2026 11:47

İranlı narkotacirin gəncəli narkokuryeri tutulub

Bakıda narkokuryer 33 yaşlı Gəncə sakini Səfər Camalov saxlanılıb. Onun avtomobilinə baxış zamanı 10 kiloqramdan çox marixuana, 2 kiloqramdan artıq tiryək və 13 ədəd preqabalin həbi aşkarlanıb.Narkotiklər İran vətəndaşından əldə olunaraq Bakıda satılmalı idi. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.