Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.01.2026 17:39

Narkotiklərin satışını həyata keçirməkdə təqsirləndirilən 6 nəfər həbs olunub

Narkotiklərin qanunsuz dövriyyəsini təşkilinə qarşı keçirilən əməliyyatla paytaxt ərazisində narkotiklərin əlbəəl satışını və qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.Onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.