Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.01.2026 15:54
ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində uşağın doğulması ilə bağlı kişilərə ödənişli məzuniyyət verilməsi üçün yeni elektron funksionallıq tətbiq edilib. Bundan sonra işəgötürənlər 14 təqvim günü ödənişli məzuniyyətlə bağlı əmri ƏMAS üzərindən e-qaydada formalaşdıra biləcəklər. Yenilik əmək qanunvericiliyinə edilmiş dəyişikliklərə uyğun olaraq həyata keçirilib.
- Baxış: 55
