2026-cı ildə "Gənclər paytaxtı" Goranboyda keçiriləcək tədbirlər planı hazırdır
Goranboy rayonunun 2026-cı il üçün “Gənclər Paytaxtı” seçilməsi regionda gənclər siyasətinin inkişafı, gənclərin ictimai fəallığının artırılması və onların asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.Mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov Kəpəz FM-ə açıqlama verib.
Elşən Hüseynov - Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi: “Bu status çərçivəsində Goranboy üçün tədbirlər planı Nazirliklə birgə hazırlanıb. Həmin tədbirlər planının həyata keçirilməsi ilə bağlı elanlar nazirliyin rəsmi saytında və mediada yerləşdiriləcək. Bu il ərzində rayonda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər sırasında intellektual yarışlar, müxtəlif mövzulu düşərgələr və fərqli fəaliyyətlər nəzərdə tutulur. Xüsusilə Goranboy gənclərinin bu tədbirlərdə daha fəal iştirakı planlaşdırılır. Eyni zamanda respublikanın müxtəlif bölgələrindən olan gənclərin də bu tədbirlərə cəlb edilməsi nəzərdə tutulur”.
- Baxış: 65
