Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.02.2026 13:59

"Qarabağ" - "Nyukasl" oyununun hakimləri müəyyənləşib

Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu norveçli hakimlər idarə edəcək.Qarşılaşmanın baş hakimi daha əvvəl Azərbaycan millisinin matçını idarə edən Espen Eskas olacaq. Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.