Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.02.2026 15:51

Azərbaycan və Ermənistanın delimitasiya üzrə Dövlət komissiyaları yaxın zamanda yeni görüş keçirəcək

Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının növbəti görüşü yaxın zamanda keçiriləcək. Bunu Ermənistan-Azərbaycan "Sülh körpüsü" təşəbbüsünün iştirakçısı Narek Minasyan bildirib.Xatırladaq ki, komissiyaların son görüşü 2025-ci il noyabrın 28-də Qəbələdə, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə keçirilib.Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçirilib, burada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri görüşüblər.