Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.02.2026 12:40
Ruben Vardanyana hökm oxunub
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə yekun hökm elan olunub. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır maddələr üzrə təqsirli bilinən Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə onun ömürlük həbsini istəmişdi.
- Baxış: 36
