Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.02.2026 15:53

XİN: Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda qalacaq

Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Qaradağlı qətliamının 34-cü ildönümü ilə bağlı paylaşımında bildirib.Qeyd olunub ki, Qaradağlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu cinayət tariximizin ən faciəli səhifələrindəndir. Qətliam zamanı qadınlar və uşaqlar da daxil olmaqla 67 nəfər amansızlıqla qətlə yetirilib.Nazirlik vurğulayıb ki, bu cür faciələrin unudulmaması hər kəsin mənəvi borcudur.